Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 19-da şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2018-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilib.

19 oktyabr 2018 | 16:00

İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlətini icra edən, I müavin cənab İlham İsmayılov açaraq qeyd etdi ki, oktyabr ayının 9-da Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi  inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab Prezident iclasda etdiyi giriş nitqində 2018-ci ilin 9 ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişaf templərini saxlaya bildiyini, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamasını, həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirdi.
Çıxışda cari ilin 9 ayında ümumi daxili məhsulun 0,8 faiz, qeyri neft sektorunun 1 faiz, sənaye istehsalının 2 faiz, kənd təsərrüfatının  4,3 faiz, inflyasiyanın 2,6 faiz, əhalinin gəlirlərinin    9,5 faiz, xarici ticarət dövriyyəsinin 37 faiz artdığı, ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulduğu, 85 min yeni iş yeri açıldığı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi.
Sonra gündəlikdə duran məsələ “Mingəçevir şəhərinin 2018-ci ilin 9 ayında  sosial-iqtisadi inkişafının yekunları və  qarşıda duran vəzifələr”i haqqında şəhər İcra Hakimiyyəti başçısının müavini - Şəhər Təsərrüfatı məsələləri üzrə şöbənin müdiri Məhluqə Cavadova çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə Mingəçevir Telekommunikasiya  Qovşağının rəisi  vəzifəsini icra edən Mahir Mürsəlov, “15 saylı Regional Nəqliyyat”MMC-nin  rəis əvəzi Ramin Zeynalov, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Könül Ələkbərov və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fazil Şükürov çıxış etdilər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlətini icra edən, I müavin cənab İlham İsmayılov iclasa yekun vuraraq bildirdi ki, bu ilin 9 ayı ərzində şəhərimizdə görülən işlər, qənaətbəxşdir, lakin qarşıda duran həm hesabatda, həm də müzakirələrdə görülən işlərlə yanaşı problemlər və nöqsanlar qeyd edildi. Əlaqədar təşkilat rəhbərlərinin nəzərinə çatdırdı  ki, bu nöqsanlar və problemlər təcili şəkildə həll olunmalıdır.
Bildiririk ki, dövlət başçısı yekun çıxışında iqtisadi sahədə islahatların davam etdirilməsi, sahibkarlar və ictimaiyyəti narahat edən məsələlərin həlli ilə bağlı addımlar atılması, özünüməşğulluq proqramının əhatəsinin genişləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması, sosial sahədə uçot sisteminin yaradılması, qeyri-neft sektorunun inkişafı, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz tikililərə son qoymaq üçün bu sahədə ciddi tədbirlərin görülməsi, ölkənin ekoloji vəziyyətinin, nəqliyyat xidmətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, infrastruktur layihələri ilə bağlı nəzərdə tutulan layihələrin başa çatdırılması, gələn ilin əvvəlində qəbul ediləcək növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında hələ də görülməmiş işlərin öz əksini taparaq qarşıda duran bütün vəzifələrin icra edilməsi və sair kimi mühüm tapşırıqlar verib.
Bu tövsiyyə və tapşırıqlar hər biri müəsisə rəhbərlərinin, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur.
Şura iclasında müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul olundu.

 

 

Keçidlər