Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə “Ana dili ” gününə həsr edilmiş tədbir keçirilmişdir

21 fevral 2018 | 16:00

21.02.2018-ci il tarixdə Mingəçevir şəhər Y.Muradov adına 11 №li tam orta məktəbdə “Ana dili ” gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri məktəbin UBT rəhbəri N.İbrahimlinin və sinif rəhbəri F.Bayramovanın rəhbərliyi ilə VII a sinfi təşkil etmişdir. Şagirdlərimiz ana dilimizin tarixindən məlumat verib, ana dilimizdə bəstələnmiş bayatılar, şeirlər danışdı. Qədim zamanlardan bu günə kimi yazıçılarımızın, görkəmli şairlərimizin heç bir təsirə məhəl qoymadan  öz  ana dilimizdə əsərlər yazmağa davam etdiklərini şagirdlərimiz öz səhnəcikləri ilə canlandırdılar. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi. Sonda məktəbin direktoru Sevil müəllimə çıxış edib tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

 

 

Keçidlər