Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandanın tapşırığı ilə cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

23 yanvar 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

 

 

 

 

 

Keçidlər