Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin 80 illik yubileyi qeyd olundu

15 yanvar 2018 | 16:00

Yanvarın 14-də tanınmış ziyalı, Mingəçevir Dövlət Universitetinin rektoru, Şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyevin 80 yaşı tamam olmuşdur. Yubiley münasibətilə yanvarın 15-də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsünə əsasən universitetin akt zalında şəhər ictimaiyyəti nümayəndələrinin geniş toplantısı keçirilmişdir.
   Toplantını giriş sözü ilə açan Niyazi Bayramov yubilyara ürək sözlərini bildirmiş, ona möhkəm can sağlığı, xoşbəxt  həyat, tutduğu vəzifədə uğurlar arzulamışdır. Sonra yubilyara Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanını təqdim edərək yağlı boya ilə işlənmiş portretini hədiyyə etmişdir.
   Toplantıda şəhər ictimaiyyəti nümayəndələri – Sahib Məmmədov, Fərman Nəbiyev, Əyyub Əyyubov, Ələm Məmmədov çıxış edərək təbriklərini çatdırmışlar.
   Ünvanına deyilən xoş sözlərə, təbriklərə və şəhər icra hakimiyyəti başçısının ona göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirən Akif Hacıyev hər kəsə xoş arzularını söylədi.

 

 

 

 

 

 

Keçidlər