Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Mini-futbol üzrə şəhər kubokuna yekun vuruldu.

30 oktyabr 2017 | 16:00

       Mingəçevir  şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən 26-30 oktyabr 2017-ci il tarixlərində Yaşar Məmmədzadə adına şəhər stadionunda Mini-futbol üzrə şəhər kuboku yarışı keçirildi. Yarışda 10 komanda (şəhərdə fəaliyyət göstərən müəssisələr, təşkilatlar, Mənzil İstismar sahələrinin, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin, Tibb Kollecinin komandaları) iştirak edirdi. Final oyununda Qaz İstismar İdarəsinin komandası Mingəçevir Dövlət Universitetinin komandası ilə görüşdü. Əsas vaxtda nəticə 5:5 olduğu üçün, komandalar cərimə zərbələri ilə qalibi müəyyən etməli oldular. Daha dəqiq olan Mingəçevir Dövlət Universitetinin komandası ümumilikdə 7:6 hesabı ilə kuboka sahib çıxdılar.
        Yarışın sonunda qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomlarla mükafatlandırıldı.

 

 

 

 

 

Keçidlər