Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində tədbir keçirilib

06 iyun 2016 | 16:00

İyunun 6-da Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir zamanı 4 saylı tam orta məktəbin məzunu olmuş şəhid Natiq Qasımova həsr edilmiş “Adsız qəhrəmanlar” filmi nümayiş etdirilib. Sonra “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova Mingəçevir Regional Resurs və Təlim Mərkəzində gənclər, müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələri ilə görüşüb.
     Tədbirdən sonra Mətanət Cəfərova Mingəçevir şəhər İcra Hakimiyyətində olub, layihənin icrası ilə bağlı göstərdiyi dəstəyə görə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkür edib və onu İctimai Birlik adından “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin icrasına dəstək olduğuna görə diplomla təltif edib.

Keçidlər