Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhidini izdihamla yola saldı

09 aprel 2016 | 16:00

 Aprelin 9-da Tərtər rayonunun Talış kəndi ərazisindəki yüksəkliklərin alınması uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuş, 1992-ci il təvəllüdlü gizir Qasımov Teymur Sabir oğlu Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
     Dəfn mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, minlərlə gənc və şəhər sakinləri iştirak  edib.
      Şəhidin cənazəsi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırldıqdan sonra yayılım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub.

 

 

Keçidlər