Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir məktəbliləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya çərçivəsində yola salınıb

16 mart 2016 | 16:00

Martın 16-da Mingəçevir şəhər rəhbərliyinin, təhsil işçıləri və valideyinlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında IX-XI sinif şagirdlərinin Mingəçevir-İsmayıllı-Qəbələ-Şəki-Mingəçevir marşurutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilib. Tur aksiyanın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov yolasalma mərasimində çıxış edərək  bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. Mingəçevirli məktəblilər mart ayının 19-na kimi İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi, coğrafi və turizm məkanları ilə daha yaxından tanış olma imkanı əldə edəcəklər.

Keçidlər