Şriftin ölçüsü :

Saytın rəngi :

Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevirdə görüş keçirib

28 yanvar 2016 | 16:00

Yanvarın 28-də Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüş keçirib. Görüşdə  şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək görülən işlərlə yanaşı, həllini gözləyən bəzi problemlərin mövcud olduğunu bildirib və həmin məsələlərin həlli yollarının müzakirəsi üçün bu tədbirin səmərəli olduğunu qeyd edib.
     Tədbirdə iştirak edən sahibkarlar şəhərin köhnə sənaye müəssisələrinin fəaliyyətinin yenidən bərpası və xarici idxalın qarşısının alınması məqsədilə Mingəçevirdə avtomobil şinləri, şüşə, dəmir-beton məmulatları, xalça istehsalı üçün tədbirlərin görülməsi üçün kömək istəyiblər.
     Baş nazirin birinci müavini Y.Eyyubov ölkə başçısının tapşırığına əsasən mingəçevirlilərlə görüşə gəldiyini bildirib. O, Mingəçevirdə problemlərin aradan qaldırılması ilə bağlı sahibkarların və ictimaiyyət nümayəndələrinin bütün müraciət və təkliflərini dinləyərək qeydiyyata aldığını və onların həllinə köməklik göstəriləcəyini bildirib.

Keçidlər