Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhidlər anılıb

20 yanvar 2016 | 16:00

Yanvarın 20-də Ümumxalq Hüzn günü qeyd edilib. Minlərlə mingəçevirli Şəhidlər xiyabanına axışaraq xalqımızn tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramını bildirib. Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.

Keçidlər