Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəklik Günü və Yeni il münasibətilə ümumşəhər bayram tədbiri keçirilib

30 dekabr 2015 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəklik Günü və Yeni il münasibətilə Heydər Əliyev meydanında ümumşəhər bayram tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, cənab prezidentimizin tapşırığı ilə şəhərimizdə abadlıq, quruculuq işlərinin yüksək səviyyədə aparılması nəticəsində Heydər Əliyev parkı, Fizuli parkı, Gəncə şossesi, Samux küçəsi əsaslı surətdə yenidən qurulmuşdur. 2015-ci il bizim üçün uğurlu olmuşdur və inanırıq ki, 2016-cı il də uğurlu olacaq. Sonra o, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbirə toplaşanları və bütün mingəçevirliləri təbrik edib, hər kəsə can sağlığı, firavan həyat, xoşbəxtlik diləyib.
     Tədbir yeni il yolkası ətrafında şaxta baba və qar qızın iştirakı ilə, şən musiqi sədaları altında uşaqların rəqsi ilə davam edib.

Keçidlər