Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanılalrının Həmrəylik günü və Yeni il münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birgə bayram tədbiri keçirib

29 dekabr 2015 | 16:00

Dekabrın 29-da Dünya Azərbaycanılalrının Həmrəylik günü və Yeni il münasibəti ilə  Mingəçevir şəhər İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birgə bayram şənliyi təşkil edib. Mərasimdə yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısından faktlarla söz açılıb. Bu əlamətdar hadisələr münasibəti ilə gəncləri təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2015-ci ilin yadda qalan hadisələrlə zəngin olduğunu bildirib. Diqqətə çatdırıb ki, birinci Avropa oyunlarının avarçəkmə yarışlarıının Mingəçevirdə keçirilməsi şəhərimizin sakinləri tərəfindən sevinclə qarşılanıb. Bu möhtəşəm idman tədbirinə yüzlərlə mingəçevirli könüllü gənc öz töhfəsini verib. Şəhər rəhbəri gənclərin elm, yaradıcılıq sahələrində, ictimai işlərdə, quruculuq işlərində fəal olduqlarını da vurğulayıb.
    Mingəçevir şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək bildirib ki, il ərzində gənclər sahəsi üzrə keçirilən 30-dan artıq tədbirdə 4 minə yaxın gənc iştirak edib. Mingəçevirli idmançılar yerli və beynəlxalq idman yarışlarında müxtəlif əyarlı 52 medal qazanıblar.
     Bayram şənliyini yeni ilin rəmzi olan şaxta baba və qar qızın təbrikləri, şən və lirik mahnılar, müxtəlif səhnəciklər, intellektual bilik yarışları və rəqs nömrələri daha da yadda qalan edib.

 

Keçidlər