Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

  • Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 33 yarımstansiya, 140 TM fəaliyyət göstərir. Onlardan daşbina qapalı tipli TM sayı 56 ədəd, KTP tipli transformator məntəqələrinin sayı 84 ədəddir. Transformatorların ümumi sayı 163 ədəd, ümumi gücü 145523Kva-dır. 2012-ci ilin altı ayı ərzində 6 kv-luq hava xətlərində 3400 metr zədəli naqillər dəyişdirilmiş, 500 metr SİP kabel, yeni 6 kv-luq APvPUQ 1x120-1035 metr yeni kabel çəkilmiş, 6 ədəd yarımstansiyada təmir işləri aparılmış, 1960 kq transformator yağı dəyişdirilmiş, 29 ədəd yeni tipli rubilnik və şəhər ərazisində 239 ədəd “smart-kart” tipli sayğac quraşdırılmışdır.
  • Mingəçevir şəhəri üzrə qaz xəttlərinin ümumi uzunluğu 388 km, o cümlədən orta təzyiqli qaz xətlərinin uzunluğu 99 km, aşağı təzyiqli 289 km təşkil edir. Mingəçevir Qaz İstismarı Sahəsi 2012-ci ilin 6 ayı ərzində şəhər sakinlərini fasiləsiz təbii qazla təmin etmişdir. Bu dövr ərzində 227 fərdi evə qaz xətlərinin çəkilişi başa şatdırılmış, şəhər ərazisində ayrı-ayrı ünvanlarda müxtəlif ölçülü 9169 p/m daşıyıcı və paylayıcı küçə qaz xəttləri çəkilmiş, 394 ədəd sayğac quraşdırılmış, qaz tənzimləyici qurğularda cari təmir işləri aparılmışdır.
  • Mingəçevir Sukanal idarəsinin xidmət göstərdiyi 175 km su və 146 km kanalizasiya şəbəkəsi 50 ildən artıqdır ki, fasiləsiz istismar olunur. Hazırda bu sahə Dövlət Proqramına uyğun yenidən qurulur. 6 ayda 10 km yeni kanalizasiya xətti çəkilib, 7 km uzunluğunda su borusu yenisi ilə əvəz olunmuşdur. Bu sahədə əsaslı yenidənqurma işləri davam edir.
  • 2012-ci ilin iyul ayının 1-ə olan məlumata görə Mingəçevir Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 21480 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 20944 ədəddir. Bütün EATS-də ümumi tutumu 3544 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq şəhər üzrə ADSL istsfadəçilərinin sayı 2750 nəfərə çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Gələcəkdə görüləcək infrastruktur layihələri:

  • Şəhərin bir sıra yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi
  • Şəhərin istilik təsərrüfatına aid qazanxanaların modernləşdirilməsi və yenisinin tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası
  • Şəhərin elektrik sisteminin yenidən qurulması
  • Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması
  • Şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması
  • Şəhərin mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi
  • Qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisinin başa çatdırılması
  • Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının tikintisi
  • Az.İES yaşayış massivində tikintisi yarımçıq qalmış 1296 yerlik yeni məktəb binasının inşasının sürətləndirilməsi
  • “Mingəçevir kəndi” yaşayış massivində tikintisi yarımçıq qalmış 50 yerlik 18 nömrəli uşaq bağçasına yeni binanın inşasının başa çatdırılması
  • Məcburi köçkün ailələri yeni binalarda yerləşdirildikdən sonra şəhərin 16 tam orta məktəbinin və uşaq bağçalarının əsaslı təmiri
  • 20 şöbə, 570 çarpayılıq, 4 üçmərtəbəli korpus və 2 birmərtəbəli laboratoriya təsərrüfat binalarından ibarət olan şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmiri
  • Çoxfunksiyalı Mədəniyyət Mərkəzinin tikintisinin sürətləndirilməsi
  • “Dostluq” parkının yeni layihə əsasında yenidən qurulması
     
Keçidlər