Home Contact Phone
background

Xəbərlər

  • Maarifləndirmə tədbirləri, reydlər və dezinf...

    Maarifləndirmə tədbirləri, reydlər və dezinfeksiya işləri gücləndirilir

    2020-11-25

    Son günlər şəhər ərazisində COVİD-19 infeksiyasına yoluxanların sayında artım baş verir. Bununla əlaqədar şəhər İcra Hakimiyyəti və Polis şöbəsi əməkdaşlarından ibarət mobil qruplar şəhərin ayrı-ayrı ərazilərində maarifləndirmə işlərini gücləndirirlər.

  • Ağdamın işğaldan azad edilməsi şanlı hərbi...

    Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur.

    2020-11-24

    Azərbaycan Respublikasının Prezidenri, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də Azərbaycan xalqına növbəti müraciətində Ağdam rayonunun azad edilməsi müjdəsini verdi. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hər dəfə xalqa müraciəti zamanı işğaldan azad edilmiş ərazilərimizin müjdəsini verən dövlətimizin başçısının hər bir çıxışını böyük həyəcanla izləməklə qələbəmizin sevincini yaşayırıq. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır.

  • Xalq qalib ordunun ali baş komandanını izdihaml...

    Xalq qalib ordunun ali baş komandanını izdihamla qarşılayır

    2020-11-23

    Torpaqlarımız azad edildikdən, xalqımız böyük qələbə qazandıqdan sonra hər birimiz qürur hissi keçiririk. Çünki 30 ilə yaxın müddətdə işğalçılıq əməlləri ilə xalqımıza olmazın pisliklər edən, dinc insanları qətlə yetirməklə qaniçənliyini nümayiş etdirən erməniləri məğlub etmişik. Bu Azərbaycan xalqının möhtəşəm qələbəsidir. Bu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycan Ordusunun, xalqımızın Böyük Qələbəsidir. Fərəhimiz aşıb daşır.

  • Azərbaycan Xalqı Qarabağa həyatı qaytaracaqd...

    Azərbaycan Xalqı Qarabağa həyatı qaytaracaqdır.

    2020-11-23

    44 günlük Vətən müharibəsində Azərbaycan xalqı möhtəşəm qələbə qazandı. Və bütün dünya xalqımızın 30 illik işğal tarixinə son qoymasınıın şahidi oldu. Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir.

  • Pandemiyaya qarşı tədbirlər davam etdirilir.

    Pandemiyaya qarşı tədbirlər davam etdirilir.

    2020-11-23

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri əsasında müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq Mingəçevir şəhərinin N.Nərimanov, Puşkin və Nizami küçələrində, Dostluq parkı və Qələbə meydanında şəhər İcra Hakimiyyəti və şəhər Polis şöbəsinin nümayəndələrindən ibarət mobil qruplar tərəfindən maarifləndirmə işləri aparılmış, əhaliyə tibbi maskalar paylanılmış, yoluxmanın sayının artması ilə əlaqədar profilaktiki tədbirlərin artırılması sahəsində xeyli söhbətlər aparılmışdır.

  • Yeni Azərbaycan Partiyasının 28-ci ildönümü ...

    Yeni Azərbaycan Partiyasının 28-ci ildönümü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun T Ə B R İ K İ

    2020-11-20

    Hörmətli siyasi həmfikirlər! Bildiyimiz kimi bu ayın 21-də Ulu öndər Heydər Əliyevin siyasi ideyaları əsasında yaradılan, onun rəhbərliyi ilə möhtəşəm uğurlar qazanan, bu gün Heydər Əliyev xəttinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlar marafonunu davam etdirən Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ili tamam olur. Bu münasibətlə YAP şəhər təşkilatının üzvlərini ürəkdən təbrik edir, onlara can sağlığı, doğma Azərbaycanımızın gələcəyi naminə göstərdikləri xidmət yollarında yeni-yeni uğurlar arzulayıram.

  • 17 noyabr  Milli Dirçəliş günü münasibəti i...

    17 noyabr Milli Dirçəliş günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinlərinə T Ə B R İ K İ

    2020-11-17

    Hörmətli Mingəçevirlilər ! Əziz dostlar! Bu gün Azərbaycanımızın tarixində silinməz iz qoyan əlamətdar bir gündür. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideyalar naminə 1988-ci il noyabrın 17-də Bakı şəhərində Azadlıq meydanına toplaşmaqla o zamankı Sovet Hakimiyyətinin rəhbərliyinin Azərbaycana qarşı ikili standartlara söykənən siyasətinə etirazını bildirmiş və bununla da müstəqilliyə gedən yolun başlanğıcını qoymuşdur. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, eləcə də Ermənistanda yaşayan yüzminlərlə həmvətənlərimizin öz yurd yuvalarından qovulması bu hərəkatın əsasını qoymuşdur.

  • Azərbaycan həm döyüş meydanında, həm də da...

    Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında qalib oldu

    2020-11-14

    Sentyabrın 27-də ermənilərin torpaqlarımızı müxtəlif istiqamətlərdən atəşə tutması və buna ordumuzun adekvat cavabı ilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə sona çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində qəhrəman döyüşçülərimizin fədakarlqları sayəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.

  • Prezident İlham Əliyev : “ Azərbaycan xalqı ...

    Prezident İlham Əliyev : “ Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik xalqdır"

    2020-11-12

    Hər bir dövlətin tarixində əlamətdar günlər olur. Azərbaycan xalqı da əlamətdar, yaddaqalan günləri unutmur. Uzun illərdir ki, xalqımız torpaqlarımızın işğal tarixlərinin ildönümlərini böyük hüznlə qeyd edir, bu ərazilərin danışıqlar yolu ilə azad ediləcəyinə ümid bəsləyirdi.

  • Mingəçevirdə şəhər günü qeyd olundu

    Mingəçevirdə şəhər günü qeyd olundu

    2020-11-11

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qalibiyyətdən sonra mingəçevirlilər böyük fərəh hissi ilə şəhər gününü qeyd etdilər. Tədbir şəhərin mərkəzi meydanında – Heydər Əliyev prospektində ucaldılmış Ulu Öndərin abidəsinə gül-çiçək dəstələri qoyulmaqla başlandı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak edirdilər.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Mingəçevirin şəhər statusu almasının 72-ci ildönümü münasibətilə şəhər sakinlərinə TƏBRİKİ

    2020-11-10

    Hörmətli mingəçevirlilər, əziz Mingəçevirdə müvəqqəti məskunlaşmış məcburi köçkün bacı və qardaşlarımız! Qədim yaşayış məskəni kimi tanınan doğma Mingəçevirimizin noyabrın 11-də şəhər statusu almasının 72-ci il dönümü tamam olur. Bu əlamətdar gün münasibətilə şəhərimizin bütün sakinlərini, şəhərimizdə müvəqqəti məskunlaşmış bacı və qardaşlarımızı, eləcə də şəhərimizin qonaqlarını səmimi qəlbdən təbrik edir, Sizlərə can sağlığı, xoşbəxt həyat, səadət dolu günlər arzulayıram.

  • Üçrəngli bayrağımız Azərbaycan Ordusunun ş...

    Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir.

    2020-11-10

    ingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı sevincimizin ilk şahidi ,qələbə müjdəçisi olan şanlı bayraq gününü qeyd ediblər.Azərbaycanın müstəqilliyinin suverenliyinin rəmzi olan bayrağımız milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçı, çağırışdır.Bu gün münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar dövlət bayrağımızın daim yüksəklərdə dalğalanması ilə müşayiət olunduğunu vurğulayıblar.Qeyd olunub ki, ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə görülən işlər qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını təsdiqləyir.

  • Mingəçevir Şəhərində abadlıq-quruculuq işl...

    Mingəçevir Şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.

    2020-11-06

    Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən əsaslı tikinti işlərinin sahəsi genişlənir.

  • Azərbaycan hər zaman sülh planına sadiq olub

    Azərbaycan hər zaman sülh planına sadiq olub

    2020-11-05

    İyirminci əsrin sonlarında sovet ittifaqının bir zamanlar dost və qardaş dövlətlər kimi əməkdaşlıq edən iki dövlətdən biri, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları qaldırması, Azərbaycanın əbədi və əzəli torpaqlarında işğalçılıq əməliyyatları törətməsi, insanları qətlə yetirməsi və ev-eşiklərindən məcburən didərgin salması Azərbaycan tarixinin yaralı səhifələrindəndir. Əslində Ermənistanın Azərbaycana qarşı təxribatları həmişə davamlı və məqsədyönlü olub. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən dövlət elə bu illərdə də atəşkəsə əməl etməyib, atəşlər açmaqda, mülki əhalini öldürməkdə və ziyan vurmaqda davam edib. Bu millətin niyyəti məkrlidir. Bu ilin iyul ayında düşmənin növbəti hücumu zamanı da Azərbaycan tərəfi itkilər verdi, böyük dağıntılarla üzləşdi.

  • Mingəçevir şəhərində əhali arasında maarif...

    Mingəçevir şəhərində əhali arasında maarifləndirmə və dezinfeksiya tədbirləri gücləndirilmişdir.

    2020-11-05

    Ölkənin iri şəhərlərindən olan Mingəçevirdə küçələr, prospektlər iri avtomobillərlə, parklar, binalar, söhbətgahlar isə dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən dərmanlanır. Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mustafayev məlumat verərək bildirmişdir ki, Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar əhali arasında maarifləndirmə işi aparır, vətəndaşlara pulsuz maskalar paylayırlar. Mobil qruplar əhali arasında, vətəndaşların sıx toplaşdığı yerlərdə maarifləndirmə tədbirlərini gündəlik olaraq davam etdirilirlər.

  • Maarifləndirmə və dezinfeksiya işləri gündə...

    Maarifləndirmə və dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir.

    2020-10-31

    Şəhər ərazisində gündəlik olaraq mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri gücləndirilir. Bu gündə şəhərin sağ sahilində Təbriz, Y.Muradov, Ə.Şıxlinski, N.B.Vəzirov küçələrində və H.Əliyev prospektində yaşayış binalarının girişlərində və həyətlərdə dezinfeksiya işləri aparılmış, mobil qruplar tərəfindən sakinlərə tibbi maskalar paylanmışdır.

  • Ermənistan tarixən regionumuzda olan münaqişə...

    Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır.

    2020-10-31

    Azərbaycan xalqı heç bir zaman torpaqlarının işğalı ilə barışmayıb. Ötən müddət ərzində erməni tərəfi insanlığa sığmayan terrorlar törətməklə dinc insanları öldürmüş, dağıntılar yaratmışlar. 30 ilə yaxın bir müddətdə 1 milyona yaxın azərbaycanlı məcburi köçkün həyatı yaşamışdır. Düşmənin demək olar ki, hər gün sərhəd bölgələrimizi atəşə tutması və yeni ərazilər işğal etmək xülyası Azərbaycan xalqını artıq təngə gətirmişdi. Danışıqların heç bir nəticə vermədiyi göz qabağında idi. Nəhayət istilaçıların cavabı verilməli idi.

  • Azərbaycan tolerant, dünyəvi ölkədir və gəl...

    Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək

    2020-10-29

    Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi hücuma keçdiyini artıq bütün dünya dövlətləri bilir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. İyul ayından bəri üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Düşmən tərəfin dinc əhalini hədəf tutaraq hücum etməsi birinci hal deyil və hər dəfə də uşaq, yaşlı insanlar həlak olurlar.

  • Azərbaycan və Amerika Birləşmiş Ştatlarını...

    Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var

    2020-10-29

    30 ilə yaxın idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu azmış kimi elə həmin vaxtdan ermənilər yurdumuzun sərhəd bölgələrini dayanmadan atəşə tutmaqla dinc əhalinin rahatlığını pozur, dağıntılar yaradır, vətəndaşları qətlə yetirirdilər.

  • Ədalət və beynəlxalq hüquq Azərbaycan  tər...

    Ədalət və beynəlxalq hüquq Azərbaycan tərəfindədir

    2020-10-29

    Azərbaycan Respublikasının Prezidenti Vətən müharibəsi başlanandan bəri dəfələrlə xalqa müraciət etmiş, azad edilmiş torpaqlarımızın müjdəsini vermişdir. Qeyd edim ki. bu müraciətləri xalqımız böyük sevinc hissi ilə izləyir.

  • Mobil  qruplar  fəaliyyətlərini davam etdirir

    Mobil qruplar fəaliyyətlərini davam etdirir

    2020-10-29

    Şəhər ərazisində yoluxma sayının artması ilə əlaqədar mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri gücləndirilmiş, şəhərin sol sahilində 20 Yanvar, M.Maqomayev, N.Nərimanov küçələrində və H.Əliyev prospektində ayrı-ayrı məhəllələrdə, yaşayış binalarının girişlərində dezinfeksiya işləri aparılmış, mobil qruplar tərəfindən sakinlərə tibbi maskaların paylanması davam etdirilir.

  • Mingəçevir şəhərində COVİD-19 koronavirus i...

    Mingəçevir şəhərində COVİD-19 koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

    2020-10-28

    Mingəçevir şəhəri ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri əsasında müəyyənləşdirilmiş Tədbirlər planına uyğun olaraq açıq ərazilər, yaşayış və qeyri-yaşayış binaları, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə, ödəniş terminallarında, sərnişindaşıma müəssisələrində epidemiya aşkarlanan ərazilərdə, ictimai yerlərdə təmizlik və dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

  • Prezident İlham Əliyev: "Heç vaxt Azərbay...

    Prezident İlham Əliyev: "Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək".

    2020-10-27

    Azərbaycanın işğal altında qalan torpaqlarını geri alması məqsədi ilə düşmən dövlətin hücumlarına adekvat cavab verərək məğlubiyyətə uğratması dünyanın diqqət mərkəzindədir. Sabah bir ayı tamam olacaq Vətən müharibəsi uğrunda döyüşlərdə Azərbaycan Ordusu böyük qələbələr əldə etmiş, bir cox şəhər, qəsəbə və kəndləri azad edərək Azərbaycan Bayrağını həmin ərazilərdə göylərə ucaltmışdır. Bütün bunlar xalqımızı qürurlandırır, dövlətimizin başçısına olan inam və sədaqəti yüksəldir.

  • İsrailin Azərbaycandakı səfiri: “Mülki insa...

    İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”

    2020-10-24

    Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə bölgəsindən xeyli kənarda yerləşən və dinc əhalinin yaşadığı rayonlara erməni hərbi birləşmələrinin uzaq və yaxınmənzilli raketlər, top mərmiləri atmasından danışıb.

  • Azərbaycan ordusunun qarşısında diz çökən e...

    Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır.

    2020-10-23

    Prezident İlham Əliyev oktyabr ayının 20-də xalqa müraciətində yeni müjdə verərək dedi ki, Azərbaycan ordusunun qələbə marşı davam edir. “20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng(Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar”.