Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir.

16 dekabr 2021 | 16:00

Mingəçevir şəhərində  2021-ci ilin iş planına uyğun və işlənmiş layihə-smeta sənədlərinə əsasən şəhərdə abadlıq, yolların asfalt örtüyünün və mənzil fondunun   təmiri işləri həyata keçirilir.  İş planına əsasən aparılacaq abadlıq işləri ilə bağlı şəhərin “Qələbə” meydanındakı fəvvarənin təmiri, Qərb giriş qapısının qurulması, H.Əliyev prospektindəki xiyabanlarda təmir işlərinin aparılması həyata keçirilir və  son tamamlama işləri gedir. 
     İş planında 2021-ci ildə 36 adda prospekt, küçələrdə və məhəllələrdə asfalt təmiri işləri nəzərdə tutulmuşdur. Şəhərin Z.Tağıyev, Vaqif, İ.Qayıbov, Ordubadi, Salatın Əsgərova, H.Zərdabi, Vidadi, H.Hüseynov küçəsi və dalanları, V.Hüseynov, Çiçəkli, Y.Nəbiyev, Şəhriyar, Babək, Ş.İ.Xətai,  M.Useynov, C.Məmmədquluzadə, D.Əliyeva, S.Vurğun,  Şəfəq küçəsi və dalanları, Qaçaq Nəbi və Nəsimi küçələri arası yollar, Nur, Xəzər küçələri, H.Əliyev prospektində (Puşkin küçəsi ilə Ş.İ.Xətai küçələri arasında), 135-ci məhəllədə, A.Şaiq küçəsində 11,13,15 saylı binanın qadşısındakı məhəllədə asfalt örtüyünün əsaslı təmir işləri başa çatdırılmış və iş planında  nəzərdə tutulmuş M.Rəhimov, Araz, M.Sənani, R.Tağıyev, X.B.Sultanov, Xəqani Şirvani, F.Əmirov,  A.Ələsgər, küçələrində əsaslı təmir işləri davam etdirilir.
     Nəzərdə tutulmuş planlaşmaya uyğun olaraq 2021-ci ildə mənzil fondu üzrə  şəhərin 17 yaşayış  binasında dam örtüyünün, fasadların,  ümumi istifadədə olan yerlərin və giriş bloklarının təmiri işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bugünədək  X.Əliyev 4, N.Nərimanov küçəsi 9/29 , Ş.İ.Xətai 7a, Ə.Vahid 4, 20 Yanvar 12, H.Əliyev pr.40, N.Nərimanov 8, Puşkin 20, Ş.İ.Xətai 22, V.Abdullayev 2, V.Abdullayev  4, Nizami 23saylı yaşayış binalarında təmir işləri  aparılıb. C.Əliyev 14, 18, 22, 26, Y.Mansurov 1 saylı yaşayış binalarında işlər davam etdirilir.
      Ilin sonunadək müvafiq işlər başa çatdırılacaqdır.

Keçidlər