Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş iki mərtəbəli yaşayış binalarının sakinləri üçün yeni mənzillər tikilir.

09 dekabr 2021 | 16:00

Mingəçevirdə 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş iki mərtəbəli yaşayış binalarının sakinləri üçün yeni mənzillərin tikintisinə başlanılıb.
       Bina sakini Nabat Həmidova sevinclərinin həddi-hüdudu olmadıqlarını bildirib:
     "Nəhayət səsimizə səs verən oldu. Problemimizlə bağlı 5 icra başçısına müraciət etmişdik. Həmin başçılardan sonra ümidimizi Mingəçevirin icra başçısı İlham İsmayılova bağladıq. Nəhayət o, bizim səsimizi çatdırdı. Artıq bizim üçün yeni mənzilin tikintisinə başlanılıb. Buna görə biz Mingəçevirin icra başçısı İlham İsmayılova öz təşəkkürümüzü bildiririk. Nəhayət bizim problemimiz həll olundu”.
Verilən məlumata görə, binaların tikintisinə 15 noyabr 2021-c il tarixində başlanılıb. 2022-ci ilin 15 oktyabrında isə bina təhvil veriləcək.
     Qeyd edək ki, bina sakinləri bu problemin işıqlandırılması üçün dəfələrlə mətbuata müraciət etmişdilər. Sakinlər sözügedən binaların hər an çökə biləcəyindən narahat idilər. Onların sözlərinə görə, illər keçdikcə çürüyən, yararsız hala düşən taxta, şalban sakinlər üçün təhlükəli vəziyyət yaratmışdı. Onu da qeyd edək ki, binanın kanalizasiya xətti olmadığından sakinlər çirkli suları əlləri ilə daşıyıb həyətə tökməli olurdular. Həmin binalar isə şəhərin Təbriz küçəsi 2/17, Mikayıl Müşviq 3 və 4 ünvanlarında yerləşir.

Keçidlər