Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə medallar təqdim olundu

11 noyabr 2021 | 16:00

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət noyabrın 10-da şəhidlərimiz Elcan Abbasov, Emin Rüstəmzadə və Ülvi Həsənovun ailələrinə edilib. Şəhər rəhbəri eyni zamanda Aprel şəhidimiz Rahim Tağıyevin doğum günü ilə əlaqədar onun ailəsinə də baş çəkib.
     İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərii və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak edirlər. Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
Budəfəki ziyarətdə də şəhidlərimizin valideynlərinə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən layiq görüldükləri medallar İcra Hakimiyyətinin başçısı tərəfindən  təqdim olundu.
    Şəhid Abbasov Elcan Əfsəddin oğlu üç medalla - “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, şəhid Rüstəmzadə Emin Firqət oğlu “Cəsur döyüşçü”, Həsənov Ülvi Natiq oğlu isə “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdilər. Şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirdi, onların qarşısında ehtiramla baş əydi. Medalları şəhid ailələrinin üzvlərinə təqdim edən İcra başçısı “Hər birimiz fəxr edirik ki, belə oğullarımız var. Onların Müzəffər Ali baş komandanımız cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirmələri, döyüşlərdə göstərdikləri qəhrəmanlıqları, şücaətləri və canlarını fəda etmələri hesabına torpaqlarımız azad olundu. ” - deyə vurğuladı.
     Ziyarət zamanı İcra başçısı şəhid ailələrinin üzvlərinin qarşılaşdığı problemlərlə maraqlanır, onları narahat edən məsələlərə aydınlıq gətirir və müraciətlərini dinləyir. Budəfəki görüş də istisna olmadı. Şəhid ailələrinin müraciətlərinin bir qismi yerindəcə həllini tapdı, bir qismi isə nəzarətə götürülərək qısa müddətdə həll ediləcəyi bildirildi.

Keçidlər