Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə medallar təqdim olundu

03 noyabr 2021 | 16:00

     Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət noyabrın 3-də şəhidlərimiz Fuad Xankişiyev, Tural və Musa Həsənov qardaşları, həmçinin,  Tural Orucovun ailələrinə edilib. İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərii və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak edirlər. Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
     Ziyarət öncəsi, şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirdi, onların qarşısında ehtiramla baş əydi.
Budəfəki ziyarətdə ən yaddaqalan məqam isə, hər bir şəhidimizin valideynlərinə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən layiq görüldükləri medalların təqdim edilməsi oldu.
Şəhid Fuad Xankişiyev ilə Tural və Musa Həsənov qardaşları “Cəsur döyüşçü”, Musa Həsənov həmçinin, “Suqovuşanın azad olunmasına görə”,  şəhid Tural Orucov isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdilər. Medalları şəhid ailələrinin üzvlərinə şəxsən təqdim edən İcra hakimiyyətinin başçısı İlham İsmayılov “Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda Ali baş komandanın dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq. Prezident cənab İlham Əliyevin öz Sərəncamı ilə onları bu medallarla təltif etməsi bir daha göstərir ki, Ali baş komandanımız qələbəmizdə payı olan heç bir şəhidimizi unutmur, onların xatirəsinin əbədiləşdirilməsi üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir. ” - deyə vurğulayıb.
    Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov, əlavə olaraq qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək. Şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.
    Belə görüşlərdə İcra başçısı adətən şəhid valideynləri, onların ailə üzvlərinin sosial-məişət vəziyyətləri, qarşılaşdığı problemlərlə xüsusi maraqlanır, eyni zamanda, müraciətlərini dinləyərək həlli ilə bağlı müvafiq göstərişlər verir. Budəfəki görüşdə İcra başçısı şəhid Fuad Xankişiyevin anası Saqibət xanımın xahişi ilə şəhidimizin bacısının yaxın vaxtlarda işlə təmin olunacağını bildirdi. Həmçinin, şəhid ailələrinin bir neçəsinin “Günəşli” bağ massivində yaşamalarını nəzərə alaraq növbəti ildə burada yolların əsaslı şəkildə tam təmir ediləcəyini söylədi.

 

Keçidlər