Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində dezinfeksiya işləri aparılır

11 oktyabr 2021 | 16:00


Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimində sanitar epidemioloji normalara əməl olunaraq sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.

Pandemiyaya qarşı mübarizə məqsədi ilə Mingəçevir şəhərində kütləvi dezinfeksiya tədbirləri davam etdirilir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planına uyğun olaraq şəhərin küçə və meydanları, parklar, yollar, inzibati binaları, ticarət obyektlərinin ətrafları, yaşayış binalarının girişlərinin  xüsusi avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası həyata keçirilir.
Dezinfeksiya tədbirlərinin aparılmasında əsas məqsəd “COVID-19” virusunun şəhər sakinləri arasında yayılmasının qarşısını almaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Keçidlər