Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin açılış mərasimi keçirilib.

04 may 2021 | 16:00

 Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,  İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həşimova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin kollektivi və fəal gənclər iştirak edib.
     Açılış zamanı qonaq və gənclər Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsinin üzərinə gül qoyub, ehtiramlarını bildiriblər. Daha sonra
Gənclərin İnkişafı və Karyera Mərkəzinin nümayəndəliklərinin açılışlarından ibarət qısa video-rolik nümayiş olunub, qurumun fəaliyyəti, əsas məqsədi, görülən işlərlə bağlı iştirakçılara məlumat verilib, gənclərin gözləntiləri və təklifləri dinlənilib.
     Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Gənclərin İnkişafı və Karyera Mərkəzinin kollektivinə işlərində uğurlar arzulayıb. Mingəçevir gənclərinin öz aktivliyi, dünyagörüşü ilə hər zaman seçildiyini qeyd edib.
     GİKM ailəsinin üzvü olan əməkdaş və gəncləri təbrik edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti ilə bağlı qısa məlumat verib, gəncləri aktiv olmağa, öz ideya və təşəbbüsləri ilə fərqlilik yaratmağa, yeni layihələrlə çıxış etməyə dəvət edib.
     Gənclərin bu günü səbrsizliklə gözlədiyini deyən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin direktoru Vüsal Mahmudov intellektual bilik və bacarıqları, innovativ düşüncə tərzi ilə fərqlənən, həkim, müəllim, hərbiçi və s. peşələrdə çalışan Mingəçevir gənclərinin yeni uğurlara imza atması, öz ideyalarını gerçəkləşdirməsi, inkişafları üçün səylə çalışacaqlarını qeyd edib.
     Sonda rəsmilər və gənclər nümayəndəliyin otağı ilə tanış olub, xatirə selfisi çəkdiriblər.

Keçidlər