Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqların rifahına və beynəlxalq əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir.

27 yanvar 2021 | 16:00

           Müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bir çox dövlətləri ilə iqtisadi əməkdaşlıq imzalanıb, mühüm layihələr reallaşıb. Azərbaycan dövlətinin inkişaf proqpamının həyata keçirilməsi təkcə ölkəmiz üçün deyil, dostluiq əlaqələri yaradılmış dövlətlər üçün də önəmlidir. Gizlin deyil ki, hazırda bütün ölkələr bir-biri ilə əməkdaşlıq edir. Bu cür sazişlərin imzalanması dövlətlər arasında  dostluq və qardaşlıq münasibətlərin rəsmiləşdirilməsi deməkdir.
           2021-ci il yanvar ayının 21-də  Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar artıq arxada qalır. Bununla əlaqədar , yəni Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilimiş görüş keçirilib. Hər iki dövlət başçısı bu əməkdaşlığın dövlətlərimiz üçün xeyirli və uğulu olacağını dilə gətiriblər. Qeyd etmək yerinə düşər ki, dövlətlər arasında əməkdaşlıqların imzalanması və bunun davamı olaraq qlobal layihələrin gerçəkləşməsi xalqın həyat tərzi üçün də önəmlidir.  Yəni, ölkələr arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin yaradır. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət edir. Qurulan əməkdaşlıq əlaqələri bütün istiqamətlər üzrə inkişaf etməlidir.
    İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu əməkdaşlıq həm də yeni perspektivlər vəd edir. Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır. Bizim əməkdaşlığımız xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsinin qorumasına xidmət edir. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir.
     Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistandünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

 

Əməkdaşlığın strateji əhəmiyyəti böyükdür

Nəqliyyat ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin strateji istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Regional əməkdaşlığın yeni perspektivlərindən danışarkən qeyd etmək lazımdır kii,  Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Sabitlıiyin pozulması təhlükəsini, müharibə şəraitində yaşamağın çətinliyini Azərbaycan xalqı çox gözəl bilir. Çünki, 30 ilə yaxın bir dövrdə Azərbaycan torpaqalarının 20 faizi düşmən işğalı altında idi, minlərlə insan məcburi köçkün düşmüşdü. Həm də sərhədlərimiz illər üzunu düşmən hücumlarına məruz qalırdı. 2020-ci ilin sonlarında Azərbaycan Ordusu  44 günlük müharibə  zamanı həm torpaqlarımızı azad etdi, həm də dünyanın bütün ölkələrinə ermənipərəst dövlətlərə öz gücünü göstərdi. Bu müharibədə qazanılan zəfər, ordumuzun böyük güc və əzəmət, cəsarət, qəhrəmanlıq nümayiş etdirərək vətən torpaqlarını xilas etməsi Azərbaycanın nüfuzunu qaldırıb. Yeri gəlmişkən fərəhlə bildirmək lazımdır ki, hazırda azad  olunmuş ərazilərimizdə ilkin quruculuq işləri aparılır və bunun sahəsi minalardən təmizlənmə prosesi başa çatdıqdan sonra genişlənəcəkdir. Həm də dünyanın bir çox, yəni dost dövlətlər azad olunmuş ərazilərimizdə layihələrin reallaşmasında maraqlıdırlar. Bu o deməkridir ki, Azərbaycan ilə iqtisadi əməkdaşlıq dövlətlər üçün maraqlıdır.  Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır;
Ölkələrimizin inkişafı artıq qəbul olunmuş beynəlxalq faktdır. Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.
 
Etibarlı və qardaşlıq münasibətlərin qorunmasının əhəmiyyəti

    Sevindirici haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ qalmayıb.Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. İmzalanmış Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradıb.
     Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir. 
     Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir. Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə inkişaf edir.Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
Ölkələr arasında mövcud münasibətlərin yeni səhifəsi başlayır. 21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik. Azərbaycan dövlətinin iqtisadi əməkdaşlıqlarının genişlənməsi o düməkdir ki, dövlətimiz regionda öz liderliyini saxlayır. Və buna istinad edən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proseslərə istinad etməklə  əminliklə demək olar ki,  bundan sonra da Azərbaycan yeni və möhtəşəm layihələırin, kontraktların reallaşması ilə daha böyük uğrulara nail olacaq,  ölkəmizin iqtisadi qüdrəti daha da yüksələcəkdir.


İlham Məmmədov,
MDU-nun baş müəllimi


 

Keçidlər