Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə təcrübə keçən könüllülərə sertifikatlar verilib.

14 yanvar 2021 | 16:00

Mingəçevir İcra Hakimiyyəti  “Könüllülük fəaliyyəti  haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini davam etdirir. Artıq ənənə halını almış könüllülük fəaliyyətinə qoşulan gənclərin sırası genişlənir. Məqsəd  cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Qeyd edək ki, gənclər könüllülük fəaliyyətinə  2 ay müddətinə qoşulur.
      Artıq Mingəçevir İcra Hakimiyyəti 10-cu (hərəsi 2 ay müddətində olmaqla) könüllüsünü yola salır. Bu gün icra başçısı İlham İsmayılov təcrübə keçən könüllüləri qəbul edib onlara sertifikatlar təqdim edib. İcra başçısı əvvəlcə gəncləri təbrik edib daha sonra bildirib ki, könüllük fəaliyyəti artıq ənənə halını alıb və onlara bu 2 ay müddət ərzində idarə etmə orqanlarında nəyi öyrəndiniz, necə bəhrələndiniz, nə sizin yadınızda qaldı, eyni zamanda daha nəyi öyrənmək istərdiniz və bəlkə sizi nə isə qane etmədi, daha nəyi isə daha yaxşı görmək istərdiniz kimi suallar ünvanılayaraq gənclərə müraciət edib. Gənclər ünvanlanan suallara cavab olaraq onların bu dəfəki fəaliyyətləri həm pandemiya, həm də Vətən müharibəsi dövrünə düşməsinə baxmayaraq  lazım olan biliklərə yiyələndiklərini bildiriblər. Eyni zamanda gənclər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini vurğulayıblar.
      Sonda icra başçısı təcrübə keçən könüllülərə sertifikatlar təqdim edib.

Keçidlər