Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.

18 dekabr 2020 | 16:00


Azərbaycan müstəqillik əldə etdikdən sonra  həyatın hər sahəsində durğunluq mövcud ldu. Zamanla problemlərin həlli istiqamətində həyata keçirilən  tədbirlər öz bəhrəsini göstərməyə başladı. Prezident kimi fəaliyyətə başladığı ilk illərdə cənab İlham Əliyev iqtisadiyyatın inkişaf etdirilməsi üçün islahatların həyata keçirilməsinə önəm verirdi. Bundan başqa təhsil, səhiyyə, mədəniyyət, tikinti-quruculuq, abadlaşdırma sahələri də diqqət mərkəzinə çəkilirdi. Ötən illər ərzində dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq barədə sazişlər imzalayan Azərbaycan ilbəil nüfuzunu artırmağa başladı. Həmçinin Bakıda beynəlxalq tədbirlərin keçirilməsi və bu tədbirlərdə onlarla dövlət rəsmilərinin iştirak etməsi doğma vətəminizin nüfuzunu artırırdı. Ölkəmizin bütün regionlarında həyata keçirilən abadlıq quruculuq işləri, iqtisadi inkişaf proqramları xalqın həyat tərzinə də müsbət təsir göstərməyə başlayıb.  Artıq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə əmkdaşlıqıarını da genişləndirib. Və etiraf etmək lazımdır ki, bu dövlətlər Azərbaycanla əməkdaşlığa maraq göstərir. Dünya Bankının son hesabatında da göstərilir ki,  Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
     Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur. Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsiistiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir. 
       Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press relizində isə qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərininbu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.
    Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə)“Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni- Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.
    Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-əyüksəlmişdir. Bumövqe irəliləməsi nəticəsində AzərbaycanDünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrəyenilənməsi haqda ətraflı məlumat press relizə əlavədə qeyd edilmişdir.
     Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Doxsanıncı illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı böhran vəziyyətindən çıxarmaq üçün xaricə inteqrasiyanı diqqət mərkəzinə çəkmiş, müxtəlif ölkələrə səfərlər etməklə Azərbaycanın inkişaf strategiyasına yeniliklərin əlavə edilməsinə başlamışdır. Elə o vaxtdan ölkəmizlə birgə layihəılərin reallaşmasına maraq göstərən dövlətlərin rəsmiləri də Azərbaycana gəlir, qarşılıqlı müqavilələr imzalayırdılar. İllər keçdikcə bu layihələr həm bizə, həm də dost dövlətlərə xeyir verməyə başlayıb. Və zaman keçdikcə Azərbaycanın iqtisadi inkişaf  yolunda inamla irəliləməsi dünyanın diqqət mərkəızinə çəkildi.    Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir. Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir. 
      Azərbaycanın Doing Business Hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsinə nəzər salaq.  “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru müasir qurğudur. Bu indikator vasitəsi ilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə  xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılmışdır. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapmışdır. Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.
Müqavilələrin icrası indikatoru üzrə prosesə diqqət yetirək. “Doing Business” hesabatı “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılmışdır.Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunmuşdur. Sərhəddə ticarət indikatoru üzrə nəticə də yüksəkldir. “Doing Business" hesabatı ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoruüzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5,“idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)”sub-indikatoru üzrəxərcin 150 ABŞ dolları kimi olması təsbit olunmuşdur.Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.
      Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.
“Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə Cədvəli
İndikatorlar

Daha öncə nəşr olunmuş hesabat üzrə mövqe
Müvafiq düzəlişdən sonrayekun göstərici

Elektrik təchizatı şəbəkələrinə qoşulma
- prosedurların sayı 7 5
- müddət (günlər) 41 32
Müqavilələrin icrası 
- hüquqi proseslərinin keyfiyyəti indeksi  8 10,5
Sərhəddə ticarət 
- ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” 17 12
- idxala sərf olunan müddət: sərhəd prosedurları (saat) 14 4
- ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” 33 28,5
- idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat) 33 26
- ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları) 250 150

Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir. Azərbaycan müstəqil dövlətdir. Dünyanın dövlətləri ilə müqavilələr imzalaması, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etməsi, ölkə daxilində ayrı-ayrı islahatların aparılması, həmçinin vətəndaşların həyat tərzinin yaxşılaşdırılması istiqamətində önəmli işlərin reallaşdırılması dövlətimizin  daxili məsələsidir və bu işlərə heç bir dövlət, qurum müdaxilə etməməlidir. Çünki Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb, torpaqları işğal altında olub, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Bütün çətinliklərdən, böhran vəziyyətindən dövlətimiz  çıxmağı bacarıb. Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan edib və yenə də deyir ki, Azərbaycanı inkişaf etdirmık üçün dost ölkələrlə birgə layihələr reallaşdırmağa hazırıq. Çünki, Azərbaycan tolerant ölkədir. Bundan sonra da belə olacaq. Hazırda dövlətimizdə bütün diqqət işğaldan azad olunmuş torpaqlarımızda həyatın bərpa edilməsinə yönəlib. Ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə bu bölgələrdə artıq ilk işlər görülməyə başlamışdır. İnanırıq ki, bundan sonra da Azərbaycanla qərəzli mövqedə olmayan dövlətlər  bizimlə iş birliyinə maraq göstərəcəklər. 

 

Keçidlər