Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə Prezident İlham Əliyevin doğum gününə həsr edilmiş video konfrans keçirmişdir.

24 dekabr 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkil etdiyi video konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etdi ki, bugünki konfrans cənab İlham Əliyevin doğum gününə həsr edilmişdir.
     Bildiyiniz kimi 24 dekabr  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun ən  layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə  şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə “Azərbaycan tarixinə şərəf, ləyaqət, qüdrət səhifəsi yazan Ali Baş Komandan İlham Əliyev”  mövzusunda video konfrans hazırlamışdır.
     İcazə verin ilk öncə Sizlərin adından və Mingəçevir şəhər ictimaiyyəti adından ölkə Prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edim. Ona möhkəm can sağlığı, xoşbəxtlik, səadət dolu günlər diləyim. Ölkəmizin inkişafı, tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində şərəfli, uğurlu və səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayım.
Bilirsiniz ki, 2003-cü ildə ölkə rəhbərliyinə seçilən cənab Prezident  İlham Əliyev hakimiyyətə gəldiyi gündən ölkəmizin iqtisadi qüdrətinin yüksəlişinə, ordu quruculuğuna önəm vermiş, bu istiqamətdə apardığı ardıcıl daxili və xarici siyasətində doğma Azərbaycanımızın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsinə öz əməyini əsirgəməmişdir. Məhz  onun qətiyyətli rəhbərliyi nəticəsində ölkəmiz regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir. 2020-ci ildə isə Azərbaycan tarixinə yeni  bir zəfər tarixi yazaraq, 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda öz qətiyyətini göstərdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Bütün bu uğurlar üçün ölkə Prezidentinə minnətdarıq.
       Bu günkü konfransı açıq elan edən şəhər İcra Hakimiyyətinin başçısı məruzəçilərə söz verdi.
Konfransda YAP Mingəçevir şəhər təşkilatın sədri Cavanşir Yusubov “Prezident İlham Əliyevin fəaliyyəti Ulu Öndər Heydər  Əliyevin siyasi kursunun uğurlu davamıdır”, MDU ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının sədri Esmira Cəfərova “Müstəqil daxili və xarici siyasi-iqtisadi inkişafın Azərbaycan modeli ”, YAP Mingəçevir şəhər təşkilatın Idarə heyyətinin üzvü, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev “Güclü və müasir ordu quruculuğu Vətən   Müharibəsində  böyük  zəfər qazanılması və ərazi bütovlüyünün təmin edilməsi”, YAP Mingəçevir şəhər təşkilatının Şura üzvü Ramiz Əliyev “Prezident İlham Əliyevin şanlı tarix yazmış görkəmli dövlət xadimidir” mövzularında məruzələr etmişlər.
       Video konfransa Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq bu günkü video konfransda ölkə Prezidenti cənab İlham Əliyev haqqında ətraflı və mənalı məruzələrinə görə çıxış edənlərə öz minnətdarlığımı bildirdi. Hər birimiz Ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqımız və  dövlətçiliyimiz qarşısında əvəzsiz və nəhəng xidmətlərinin şahidiyik. Bu gün ölkə başçısının apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz dünya dövlətləri içərisində önəmli yerlərdən birini tutur. Biz əminik ki, bu uğurlar davamlı olacaq. Biz müstəqil dövlətimizin yeni-yeni  zəfərlərini və qələbələrini görəcəyik. Azərbaycan xalqı bu qələbələrə və zəfərlərə cənab İlham Əliyin  rəhbərliyi ilə nail olacaq. 
     Yaşasın Azərbaycanımızı daim uğurlara aparan Heydər Əliyev ideyaları!
     Yaşasın bu ideyaları daima uğurla reallaşdıran  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
      Konfransın sonunda iştirakçılar şəhərdə aparılan ağacəkmə kompaniyasına dəvət olundular.

Keçidlər