Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində əhali arasında maarifləndirmə və Dezinfeksiya tədbirləri gücləndirlimişdir.

22 dekabr 2020 | 16:00

            Ölkənin iri şəhərlərindən olan Mingəçevirdə küçələr, prospektlər iri avtomobillərlə, parklar, binalar, söhbətgahlar, müxtəlif ticarət və xidmət obyektləri isə dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən dərmanlanır. Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar əhali arasında maarifləndirmə işi aparır, vətəndaşlara pulsuz maskalar paylayırlar. Mobil qruplar əhali arasında, vətəndaşların sıx toplaşdığı yerlərdə maarifləndirmə tədbirlərini gündəlik olaraq davam etdirilirlər. 

             Beləki, bu gün də şəhərin A.Məmmədov, Ş.İ.Xətai, N.Nərimanov, M.Maqomayev və 20 Yanvar küçələrində yaşayış binalarının girişlərində və həyətlərdə dezinfeksiya işləri aparılmış, mobil qruplar tərəfindən sakinlərə tibbi maskalar paylanmışdır. Qeyd edək ki, Mingəçevirdə kornovirusla mübarizə tədbirləri davam etdirlir.

 

 

Keçidlər