Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdirilir

04 dekabr 2020 | 16:00

         Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış  monitorinq qrupları əhalinin sıx toplaşdığı məkanlarda insanlarla maarifləndirici söhbətləri gündəlik olaraq davam etdirirlər.
         Şəhər  sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etmək və ara məsafəsi saxlamağın vacibliyi birdaha qeyd olunmuşdur.
         Bundan başqa gündəlik olaraq ictimai nəqliyyatda, binaların girişində həyətlərdə və parklarda dezinfeksiya işləri aparılmaqdadır.


        Həmçinin ictimai-iaşə, ticarət və xidmət obyektlərində mobil qruplar tərəfindən gündəlik olaraq reydlər təşkil olunur. Reydlər zamanı aşkar edilən qüsurlar yerində aradan qaldırılır, qaydalara əməl etməyən hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.


        Mingəçevir şəhərində mobil qrupların maarifləndirici tədbirləri  və monitorinq qruplarının reydləri gündəlik olaraq davam etdirilir.

Keçidlər