Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində əhali arasında maarifləndirmə və Dezinfeksiya tədbirləri gücləndirlimişdir.

02 dekabr 2020 | 16:00

            Ölkənin iri şəhərlərindən olan Mingəçevirdə küçələr, prospektlər iri avtomobillərlə, parklar, binalar, söhbətgahlar isə dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən dərmanlanır.

 

 

 


            Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar əhali arasında gündəlik olaraq maarifləndirmə işi aparırlar. Mobil qruplar  insanların sıx toplaşdığı yerlərdə məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və zərurət olmadan çölə çıxmamaqla bağlı şəhər sakinləri ilə söhbətlər aparmışlar.


           Son günlər isə maarifləndirmə tədbirləri dahada gücləndirilmişdir.  Beləki bu gündə şəhərin müxtəlif ərazilərində, yaşayış binalarının girişlərində və həyətlərdə dezinfeksiya işləri aparılmışdır.  Bu cür tədbirlər şəhərin ictimai iaşə müəssisələrində də aparılmış, monitorinq qrupları tərəfindən reydlər keçirilmiş, inzibati tədbirlər təşkil edilmişdir”.

      Qeyd edək ki, Mingəçevirdə kornovirusla mübarizə tədbirləri davam etdirlir.

Keçidlər