Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirmə tədbirləri, reydlər və dezinfeksiya işləri gücləndirilir

25 noyabr 2020 | 16:00

Son günlər şəhər ərazisində COVİD-19 infeksiyasına yoluxanların sayında artım baş verir. Bununla əlaqədar şəhər İcra Hakimiyyəti və Polis şöbəsi əməkdaşlarından ibarət mobil və reyd  qrupları şəhərin ayrı-ayrı ərazilərində maarifləndirmə nə nəzarət işlərini gücləndirirlər.

Mobil və reyd qruplar tərəfindən marifləndirmə işləri

 


     

Şəhərin M.Maqomayev, Şəhriyar, R.Rza, V.Abdullayev küçələrində, “Güllü bağ” istirahət mərkəzində və “Sağ sahil” yaşayış massivində  maarifləndirmə  işləri aparan mobil qruplar ehtiyacı olanlara tibbi maskalar paylamışlar.


     Şəhər Dezinfeksiya stansiyası tərəfindən  1, 2, 3, 5 saylı MİS-lərin ərazisində ümumilikdə 112 binada dezinfeksiya işləri aparılmışdır.


   

 Bundan başqa Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi  və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin H.Əliyev prospekti, H.Aslanov, D.Əliyeva, İ.Qayıbov, M.P.Vaqif, M.V.Vidadi, Z.Tağıyev, C.Məmmədquluzadə, M.Əzizbəyov, Ərəş, Puşkin, M.Rəhimov küçələri və S.Vurğun meydanında, Gəncə şossesi, Sağ sahil, İncilli və Günəşli yaşayış massivlərində  maşınlarla dezinfeksiya işləri aparılmışdır.


     Eyni zamanda şəhərdə nəqliyyat vasitələrində də dezinfeksiya işləri aparılmışdır.


 

   Bu işlər gündəlik olaraq davam etdirilir.

 

Keçidlər