Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.

06 noyabr 2020 | 16:00

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən əsaslı tikinti işlərinin sahəsi genişlənir.
           Mingəçevir şəhər İcra Hakimiyyətinin İş Planına uyğun olaraq küçə və məhəllələrdə, parklarda görülən işlər hər kəsi məmnun edir. Hazırda Nizami parkında abadlıq-quruculuq işləri sürətlənir. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivi burada səliqə sahman yaradır, yeni yaşıllıq zolağı salır, vətəndaşların mənalı istirahətinin təmin edilməsi üçün müasir park salırlar.  Ərazidəki gediş-gəliş sahələrinə tametlər düzülür, yaşıllıq zolaqlarının ətrafı səliqəyə salınır və ağac tingləri və güllər əkilir. Parkda oturacaqlar qoyulacaq, müasir işıqlanma sistemi quraşdırılacaq.


           Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri şəhərin digər küçə və məhəllələrində ardıcıl olaraq davam etdirilir.
          Şəhərin  Energetiklər qəsəbəsində Mənzil Kommunal Təsərrüfatı Kombinatının kollektivi yaşayış binalarının ümumi istifadə sahələrinin giriş hissələrinin əsaslı təmirini davam etdirirlər. Qəsəbənin Abdulla Şaiq küçəsindəki 3 və 5 saylı binalarda görülən işlər tam yekunlaşıb. Hazırda isə Abdulla Şaiq 9  və Yadigar Mansurov küçələrindəki 7 saylı binaların giriş hissələrində təmir işləri davam etdirilir. Abadlıq-quruculuq işlərinin Y.Mansurov küçəsində yerləşən 11, 13, 15 saylı binalarda da aparılması nəzərdə tutulur.


          Bununla yanaşı Energetiklər qəsəbəsinin İncilli yaşayış massivində yaşayan sakinlərin istirahəti üçün yeni parkın salınmasına başlanılıb.


Şəhər ərazisində sənaye potensialı güclənməklə yanaşı geniş miqyaslı infrastruktur və sosial layihələr şəhərin simasını müasirləşdirməklə yanaşı əhalinin həyatına da rahatlıq gətirir.
          Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.

Keçidlər