Şriftin ölçüsü :

Saytın rəngi :

İzolyasiya tədbirləri davam etdirilir.

09 oktyabr 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri içərisində ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Mingəçevirdə həyata keçirilən izolyasiya işləri və maarifləndirmə tədbirləri müsbət nəticə verir.  Hələ yaz aylarından bəri sərt karantin rejiminin tətbiq olunduğu zamanlarda şəhər İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən könüllülər, ictimaiyyət nümayəndələri sakinlər arasında təbliğat-maarifləndirmə işləri apararaq pandemiyanın yayılmasının qarşısının alınması üçün öz tövsiyyələrini vermişlər.  Şəhərimizin idarə və müəssisələrində, təhsil-tərbiyə ocaqlarında, küçə və məhəllələrdə,  yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır. 
   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərarlara əsasən şəhərimizdə izolyasiya tədbirlərinin həyata keçirilməsi ardıcıl olaraq reallaşıb. Hazırda ölkəmiz düşmənlə müharibə şəraitində olsa da koronavirus pandemiyasının təhlükəsi unudulmamalıdır.  İnsanlar yenədə lazım olan qaydalara riayət etməli, məsafə saxlamalı, yaxın təmaslardan, toplantılardan çəkinməlidirlər. Unutmaq lazım deyilki özümüzün və əzizlərimizin sağlamlığının qorunması bizim əlimizdədir.

 

 

 

Keçidlər