Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində hər gün dezinfeksiya işləri davam edir.

10 sentyabr 2020 | 16:00

09-10.09.2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən 80 ədəd sərnişindaşıyan avtobus, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 139 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 28  küçə, 1 mehmanxana, 1 məişət evi, 4 məhəllə, 1 park dezinfeksiya edilmişdir.
   Daimi fəaliyyət göstərən 11 işçi qrupu tərəfindən əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək, fərdi vasitələrdən (tibbi maska) istifadənin vacibliyi barədə maarifləndirici işlər aparılır.
   Gigiyena və Epitomologiya Mərkəzi, Polis şöbəsi və İcra Hakimiyyətinin nümayəndələri ilə birgə yaradılmış işçi qrupu tərəfindən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılmış və qanuna müvafiq olaraq pozulma hallarına qarşı sahibkar subyektlərinə 27 xəbərdarlıq və 6 protokol tərtib edilmişdir.

Keçidlər