Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdirilir.

29 iyul 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
   Mingəçevir şəhərində dezinfeksiya işləri Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.
   Şəhərin mərkəzi küçə və prospektləri, istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, avtobus dayanacaqlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, bütün küçə və prospektlərində, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.

 

Keçidlər