Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul - Milli Mətbuat günü münasibətilə videokonfrans keçirildi.

22 iyul 2020 | 16:00

Bu  gün Azərbaycan mətbuatının yaranmasının  145 illiyi ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov   Zoom proqramı vasitəsilə yerli mətbuat nümayəndələri ilə video bağlantı yaradıb.  Görüşü giriş sözü ilə açan  icra başçısı İlham İsmayılov  jurnalistləri salamlayaraq, bildirib ki, bu il artıq 145 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Vurğulanıb ki,  jurnalistlərin yaxın dostu, ölkə başçısı cənab İlham Əliyev hər zaman Azərbaycanda mətbuatın inkişafına diqqətlə yanaşmışdır: “Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur, medianın sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı dünyaya gözəl nümunədir”. Daha sonra İcra Hakimiyyətinin başçısı şəhərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin şəhər həyatı ilə bağlı hadisə və məlumatları daima işıqlandırdıqlarını və bununlada əhalidə düzgün ictimai rəyin formalaşmasında müəyyən rol oynadıqlarını bildirdi.

   Görüşdə yerli mətbuatın nümayəndələri  “Mingəçevir “ qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov,“Mingəçevir işıqları” onlayn qəzetin baş redaktoru Fərman Nəbiyev, ”yeniavaz” və “alpaninfo” saytlarının əməkdaşı Esmira Hidayətova, ”Kanal 32” informasiya agantliyinin redaktoru İnqilab Şirinbəyliyə və “APA” qrupun bölgə müxbiri Ehtiram Muradov  çıxış edərək keçirilən görüşə və təbrikə görə şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirdilər və bəzi problemlərlə bağlı suallarını və təkliflərini icra başçısına ünvanladılar.

   Yekunda İcra Hakimiyyətinin başçısı verilən suallara və təkliflərə öz münasibətini bildirməklə bir daha Milli Mətbuat günü münasibətilə görüş iştirakçılarını və bütün mətbuat nümayəndələrini təbrik etdi.

Keçidlər