Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Qurucular” parkı yenidən təmir-bərpa edilir.

07 iyul 2020 | 16:00

Mingəçevir şəhərində parklarda, xiyabanlarda yenidənqurma işləri davam etdirilir. Bu günlərdə “Qurucular” parkı adlanan park tamamilə yenidən qurularaq sakinlərin ixtiyarına veriləcək. Bu barədə bu gün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə gedən işlərlə yaxından tanış olarkən məlumat verib. Bildirib ki, parkın bugünkü görkəmi nə şəhərin simasına, nə də insanların zövqünə uyğun deyildi: ”Bunu nəzərə alaraq qərara gəldik ki, buranı da yenidən quraq. Ona görə də memarlıq şöbəsi tapşırığıma əsasən bu ərazinin bərpa  layihəsini hazırlayıb və həmin layihə parkda uyğun yerdə vurulacaq və insanlar biləcək ki, burada hansı işlər aparılacaq.
   Daha sonra başçı bu ilin iş planını da nəzərə çatdırıb. Qeyd olunub ki, şəhərin Tərəvəzçilik, Az.Dress, Sağ Sahil yaşayış massivləri, şəhərin iki ərazisində insanların rahat istirahəti üçün güşələr yaratmağı planlaşdırırıq: “Şəhərin Nizami parkı yenidən qurulacaq. Eyni zamanda Tarix muzeyinin qarşısındakı boş meydanda Avropa ölkələrində müşahidə olunan xüsusi fontan-şəlalə kompleksi yaradılacaq”.
   Başçı onu da bildirib ki, cənab Prezidentimiz Mingəçevirdə səfərdə olarkən tövsiyə edib ki, görülən işləri davam etdirin. Vurğulayıb  ki, insanlar üçün istirahət güşələri yaradılmalıdır: ”Mən cənab Prezidentə məruzə etdim ki, bizim əlimizdə 5 layihəmiz var və  Mingəçevirdə əlavə 5 istirahət güşəsi yaradılacaq. Məlumat verim ki, artıq layihələr üzərində işlər davam etdirilir və yaxın günlərdə hazır olacaq. Cənab Prezident şəhərimizdə səfərdə olarkən problemlərimizlə də maraqlandı. Mən cənab Prezidentin diqqətinə çatdırdım ki, Mingəçevirin əsas işsizlik problemi var. Cənab Prezident tərəfindən müvafiq qurumlara bu problemin həlli üçün tapşırıqlar verilib. Eyni zamanda şəhərin istilik sisteminin bərpası da  xahiş edilib. 
   Başçı koronavirusla bağlı Mingəçevirdə görülən işlərdən də söz açıb. Bildirib ki, görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da az itki ilə çıxacağını deməyə əsas verir. Dövlətimizin başçısının dediyi kimi, biz birlikdə güclüyük!”

   Sonra şəhərin H.Aslanov küçəsində aparılan işlərlərlə də tanışlıq olub və görüləcək işlər barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər