Şriftin ölçüsü :

Saytın rəngi :

Təbliğat-izahat işləri davam etdirilir.

20 iyun 2020 | 16:00

Şəhər İcra Hakimiyyəti yanında İşçi qrupun tədbirlər planına uyğun olaraq xüsusi karantin rejimində yaradılmış mobil qruplar tərəfindən təbliğat-izahat işləri davam etdirilir.
   Şəhərin ayrı-ayrı məkanlarında, park və istirahət guşələrində eləcə də, ticarət və xidmət sahələrində aparılan təbliğat işləri əhalinin “Covid-19” infeksiyasına yoluxmasının qarşısının alınmasına xidmət edir. İctimai yerlərdə sosial məsafənin saxlanılması, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə olunması, imkan daxilində insanlarla ünsiyyətləri azaltmaq, yalnız ciddi zərurət olduqda evdən çıxmalarının vacibliyi barədə əhali arasında təbliğat işləri aparılır. Koronavirus infeksiyasından qorunmaqda bunun yeganə yol olduğu əhaliyə bildirilir. Hamılıqla bu tədbirlərə qoşulmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağrılır.

Keçidlər