Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlər arasında təbliğat işləri aparılır.

18 iyun 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrup tərəfindən həyata keçirilən tədbirlər gücləndirilmiş, bu məqsədlə qida məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində monitorinq aparılması üçün mobil qruplar yaradılmış, həmin qruplar Polis orqanlarının nümayəndələri də daxil edilməklə tətbiq olunan tələblərə riayət etməyənlərə, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.
   Bundan başqa əhali arasında dəfn mərasimi istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi (insanlar arasında 1,5-2 m) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və.s) istifadənin vacibliyi barədə təbliğat-izahat işlərinin aparılması məqsədilə də mobil qruplar yaradılmış və bu gündən fəaliyyətə başlamışlar.

 

   Şəhər İcra Hakimiyyətinin tapşırığı və nəzarəti ilə şəhər ərazisində dezinfeksiya işləri də mütəmadi olaraq həyata keçirilir.
   Şəhər sakinlərinə tövsiyyə edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl olunsun və tələblərə riayət edilsin ki, özümüzü və vətəndaşlarımızı qoruyaq.

Keçidlər