Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq – quruculuq işləri davam edir. Binaların fasadları, blokları qaydaya salınır.

31 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri uğurla davam edir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bilavasitə rəhbərliyi ilə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Şəhərin sol və sağ sahilində Azərbaycan İES yaşayış massivində ard-arda bir sıra çoxmənzilli, hündürmərtəbəli yaşayış binaları əsaslı və cari təmirdən çıxarılır.
   Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Puşkin, Nəriman Nərimanov və Həzi Aslanov küçələrindəki binalarda həyata keçirdiyi əməli işlər təqdirəlayiqdir. Puşkin küçəsindəki 6,8,10,12, N.Nərimanov küçəsindəki 21/6, H.Aslanov küçəsindəki 2 nömrəli yaşayış binalarında təmir işləri əsasən başa çatmaq üzrədir. Briqadir S.Səfiyevin rəhbərlik etdiyi təmirçilər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Burada binaların fasad hissələri, blokları təmizlənmiş, suvaqdan çıxarılaraq rənglənmişdir. Bloklardakı qırılmış şüşələr yeniləri ilə əvəz olunmuşdur.

   Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədovun dediklərinə görə yaxın vaxtlarda adları çəkilən binaların bloklarına seyf qapılarının qoyulması nəzərdə tutulur. Eyni zamanda bu qəbildən olan abadlıq-quruculuq işləri şəhərimizin digər küçə və məhəllələrindəki çoxmənzilli yaşayış binalarında da davam etdirələcəkdir.

Keçidlər