Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər H.Əliyevin anadan olmasının 97-ci il dönümü ilə əlaqədar videokonfrans keçirildi.

10 may 2020 | 16:00

      Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər H.Əliyevin anadan olmasının 97-ci il dönümü münasibətilə "Heydər Əliyev əməlləri ilə Azərbaycan tarixində əbədiləşən dahi şəxsiyyətdir" mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransda ilk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onun həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən danışmışdır. Konfrans zamanı məruzəçilərə söz verilərək YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov "Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu xalqına xidmət göstərən hər bir şəxs üçün örnəkdir", Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov "Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti", 17 saylı tam orta məktəbin müəllimi Ceyhun Atayev "Ulu öndər Heydər Əliyev milli vətənpərvər Azərbaycan gəncliyinin formalaşdırılması siyasətinin yaradıcısıdır" və YAP Mingəçevir şəhər təşkilatının Qadınlar şurasının sədri  Nurcamanl Əsgərova "Müasir Azərbaycan dövlətinin uğurları Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidir" mövzularında məruzələr dinlənilmişdir. Konfransın yekununda şəhər icra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir uğurlarından danışaraq konfransı yekunlaşdırmışdır. 

 

Keçidlər