Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə əsaslı işlər görülür

10 may 2020 | 16:00

Mingəçevirdə əsaslı işlər görülür
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Koronavirus (Covid 19) pandemiyasnın qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Mayın 4-dən etibarən şəhərin park və xiyabanlarında, istirahət məskənlərində operativ qərərgahın qərarına uyğun olaraq məhdudiyyətlər aradan götürülərək insanların sərbəst fəaliyyətinə şərait yaradılmışdır. Şəhər sakinləri tələb olunan qayda və tövsiyyələrə əməl etməklə öz işlərini yerinə yetirirlər. Şəhərdə kafe, restoran, çayxanalar və digər iaşə obyektləri müvafiq göstərişlərə uyğun olaraq fəaliyyətlərini qururlar. Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə küçə və məhəllələrin, parkların, yaşayış binalarının, eləcə də idarə və müəssisələrin əraziləri dezinfeksiya olunaraq xüsusi nəzarətdə saxlanılır. Eyni zamanda Mərkəzi şəhər xəstəxanası həkimlərinin və tibb heyətinin karantin dövründəki fəaliyyətinə daha ciddi nəzarət edilir. Bütün bunlarla yanaşı may ayının 4-dən başlayaraq şəhərdə abadlıq-quruculuq işləri də uğurla davam etdirilir. Şəhərin Nəsimi, Puşkin, Aşıq Qurbani, Abdulla Şaiq və bir sıra digər küçələrində, həmçinin Tərəvəzçilik Sovxozu, Tingçilik və Günəşli yaşayış massivlərində yollar genişləndirilərək asfaltlanır, səkilərə bordürlər qoyulur. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə həyata keçirilən bu işlər şəhər sakinləri tərəfindən razılıq hissiylə qarşılanır. Qeyd etmək yerinə düşər ki, Energetiklər yaşayış massivindəki Abdulla Şaiq küçəsinin 3 və 5 nömrəli yaşayış binalarında əsaslı təmir işləri həyata keçirilir. Belə ki, binanın fasadları, blokları yenilənir, bloklarda sındırılmış şüşələr təzələnir, hər bloka ayrılıqda seyf qapıları qoyulur. Bu qəbildən olan işlər şəhərin digər ərazilərində də davam etdirilir.
Hazırda şəhərdə Dövlət Rəmzləri Muzeyinin, “Dostluq” parkı ərazisindəki Uşaq əyləncə mərkəzinin, mini futbol meydançasının, 200 nəfərlik örtülü səhnənin, musiqili fəvvarənin, şəhərin Xaldan şossesi tərəindən giriş hissəsində salınmış Nəsimi parkının tikintisi tamamlanmaq üzrədir. Bir sözlə, Mingəçevirdə əsaslı işlər uğurla davam edir.

Keçidlər