Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhəri hər gün dezinfeksiya edilir.

20 aprel 2020 | 16:00

19-20 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 13 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 173 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 5 sahibkar obyekti, 1 inzibati bina, 1 MİS ərazisində məhəllədaqxili yollar, 1 fərdi yaşayış massivi,  17 küçə dezinfeksiya edilmişdir.

Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

Keçidlər