Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində hər gün dezinfeksiya işləri davam etdirilir.

17 aprel 2020 | 16:00

16-17 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 13 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 212 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 1 sahibkar obyekti, 2 inzibati bina, 448 məişət tullantıları üçün qab, 1 fərdi yaşayış massivi, 5 küçə dezinfeksiya edilmişdir.
Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

Keçidlər