Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində yağışlı havada da dezinfeksiya işləri aparılmaqda davam edir.

07 aprel 2020 | 16:00

06-07 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 20 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 154 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 1 iri  sənaye müəssisəsi, 8 sahibkar obyekti, 10 bankomat, 26 ədəd ödəniş terminalı, 2  küçə, 188 ədəd məişət tullantılarının yığılması üçün konteyner və tullantı qutuları dezinfeksiya edilmişdir.
Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

 

Keçidlər