Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində fasiləsiz olaraq dezinfeksiya işləri davam etdirilir.

06 aprel 2020 | 16:00

05-06 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 25 ədəd mikroavtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 51 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsləri, 2 inzibati bina, 1 sahibkar obyekti, 4 park, 15 küçə, 260 ədəd iri və kiçik tutumlu məişət tullantılarının yığılması üçün konteyner və tullantı qutuları dezinfeksiya edilmişdir.
   Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

Keçidlər