Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin basçısı İlham İsmayılovun mingəçevirlilərə Novruz təbriki!

20 mart 2020 | 16:00

Əziz Mingəçevirlilər!
   Hörmətli şəhərimizdə müvəqqəti məskunlaşmış məcburi köçkün bacı və qardaşlarımız və şəhərimizin qonaqları!
   Sizləri xalqımızın ən qədim bayramlarından biri olan novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik arzu edirəm. Azərbaycanımızın bugünki inkişafında misilsiz xidmətlər göstərən ölkə rəhbəri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhərimiz gündən-günə gözəlləşir və yenilənir. Bu bayram günlərində şəhərimizin park və xiyabanları, mərkəzi küçə və prospektləri əsaslı şəkildə qaydaya salınaraq yenilənir. Dünyada geniş yayılan koronovirusdan özünüzü və ətrafınızı qorumaqla, evinizdə, ailənizdə xoş əhval-ruhiyyə ilə Novruz şənlikləri keçirmənizi arzu edirəm. Bu bayram müqəddəslik rəmzidir. Ata-babalarımızın bizə əmanət qoyduğu böyük töhfədir. Onu yaşatmaq, qorumaq və inkişaf etdirmək bizim borcumuzdur. Novruz süfrələriniz bollu-bərəkətli olsun Əziz dostlar! Bayramınız mübarək!

   Hörmətlə,
   İlham İsmayılov
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı

Keçidlər