Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

29 yanvar 2020 | 16:00

Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun yanvarın 29-da Nizami küçəsi 13, Ə.Vahid küçəsi 6 və N.Nərimanov küçəsi 28,30,31 nömrəli yaşayış binalarının sakinləri ilə keçirdiyi səyyar görüşü Statistika İdarəsinin akt zalında baş tutdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə toplaşanları salamladıqdan sonra ölkədə və şəhərdə baş verən yeniliklərlə onları tanış etdi. Qeyd olundu ki, beynəlxalq aləmdə baş verən bir sıra gərginliklərə baxmayaraq Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolunu davam etdirir. 2019-cu ildə əldə olunan nailiyyətlər durmadan artır. Xüsusilə sənaye, kənd təsərrüfatı sahəsində irəliləyişlər diqqəti cəlb edir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədilə əməli tədbirlər həyata keçirilir. Mövcud potensial imkandan istifadə edərək rayonların və kəndlərin qazlaşdırılması 96 faizə çatıb. Şəhid ailələrinin, Qarabağ əlillərin, məcburi köçkünlərin, aztəminatlı ailələrin tələbatına uyğun olaraq sərəncamlar verilir, onlar mənzillər və minik avtomobilləri ilə təmin olunur. Bütün bu tədbirlər insanların məmnunluq hissinin yaxşılaşdırılmasına xidmət göstərir. Şəhər rəhbəri bildirdi ki, ötən il olduğu kimi 2020-ci ilin ilk ayından başlayaraq şəhərdə abadlıq-quruculuq işləri diqqət mərkəzində saxlanılır. Dostluq parkı və Aşıq Qurbani dairəsində yenidənqurma işləri başa çatdırılmışdır. Yeni salınan Nəsimi parkında işlər yekunlaşmaq üzrədir. Bu il eyni zamanda Heydər Əliyev prospekti boyu xiyabanların və piyadalar üçün səkilərin qaydaya salınmasına diqqəti artırmağı nəzərdə tutmuşuq. “Dostluq” parkındakı Dövlət Rəmzləri muzeyinin tikintisi artıq başa çatmaq üzrədir. Eyni zamanda burada 200 yerlik üstüörtülü səhnənin tikintisi də sürətlə aparılır. Bununla yanaşı ölkə prezidentinin sərəncamına müvafiq olaraq şəhərin tingçilik, tərəvəzçilik, bağlar yaşayış massivlərində yolların yenidən qurulmasına başlanılmışdır.

  Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərdə görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyəti başçısına minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda küçələrin asfaltlanması, şəhid bulaqları ətrafında oturacaqların, söhbətgahların və işıqlanma dirəklərinin qoyulması kimi məsələləri də qeyd etdilər.

   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq problemlərin həlli məqsədilə müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər