Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

15 yanvar 2020 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü yanvarın 15-də 1 nömrəli tam orta məktəbdə baş tutdu. Şəhər rəhbəri məktəbin akt zalına toplaşan sakinləri salamladıqdan sonra ölkədə və şəhərdə həyata keçirilən bir sıra mühüm məsələlər haqqında məlumat verdi. Qeyd olundu ki, ölkə rəhbəri İlham Əliyevin sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında əldə olunan nailiyyətlər geniş şəkildə vurğulanmışdır. İstər sənaye, kənd təsərrüfatı, nəqliyyat, istərsə də digər sahələrdə yüksək səviyyəli artım müşahidə olunmuşdur. Cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz dünyanın ən qabaqcıl dövlətləri ilə bir sıradadır. Bu isə o deməkdir ki, Azərbaycan qonşu dövlətlərə nisbətən xeyli irəlidə gedir. Bütün bu nailiyyətlər iqtidarla xalq arasındakı əlbir fəaliyyətin nəticəsindən mümkün olmuşdur. İcra Hakimiyyətinin başçısı şəhərdəki artım tempinə də diqqət yönəltdi. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün görülən işlərdən bəhs etdi. Əmək haqlarının, pensiyaların, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə göstərilən diqqət və qayğını nəzərə çatdırdı. Bildirdi ki, əhalinin məmnunluq hissinin yüksəldilməsi məqsədilə “Dostluq” parkında, şəhərin giriş hissəsində, Xaldan şossesi ərazisində, Aşıq Qurbani, Nəsimi küçələrində yeni salınan park və seyrəngahlar bunu deməyə əsas verir. Ötən il olduğu kimi, bu il də bu istiqamətdə işlər davam etdiriləcəkdir. Məqsəd xalqa xidmət etmək, cənab prezidentin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməkdir.

   Görüşdə iştirak edən şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya, şəhərin abadlıq-quruculuq işlərinin layiqincə yerinə yetirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyəti başçısına dərin minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda yaşayış binalarında istilik sistemlərinin bərpa olunması, kanalizasiya sisteminin təmir olunması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların budanması, işıqlandırma sisteminin quraşdırılması və işlə təminat kimi məsələləri də qeyd etdilər.

   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mövcud problemləri diqqətlə dinləyərək, görüşdə iştirak edən aidiyyəti qurum rəhbərlərinə tapşırıqlarını verdi, qaldırılan məsələlərin qısa müddətdə aradan qaldırılmasını tapşırdı.

Keçidlər