Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Uşaq Nevroloji Sanatoriyasında uşaqların bayram şənliyində iştirak etdi.

30 dekabr 2019 | 16:00

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Uşaq Nevroloji Sanatoriyasında uşaqların bayram şənliyində iştirak etdi. Əziz bayramlar münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqları təbrik edən şəhər rəhbəri onlara xoş arzularını bildirdi və bayram hədiyyələri verdi. Yolka ətrafında rəqs edən, maraqlı oyunlar nümayiş etdirən balacalar şən saatlar yaşayıblar. Tədbirdə ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.

Keçidlər