Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bayram şənliyi keçirildi.

27 dekabr 2019 | 16:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə dekabrın 27-də “Kosmos” şadlıq sarayında Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin rəmzlərini nümayiş etdirən plakatlarla bəzədilmiş şadlıq sarayı iştirakçıların zövqünü oxşayırdı.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şadlıq sarayına toplaşanları əlamətdar bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirdi. Qeyd etdi ki, 2019-cu il respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də böyük abadlıq-quruculuq işləri ilə yadda qalmışdır. Xüsusilə şəhər sakinlərinin istək və arzularına uyğun olaraq yeni park və xiyabanların salınması, ayrı-ayrı yaşayış məhəllələrində çoxmənzilli binaların əsaslı və cari təmirdən çıxarılması, müasir tələblərə uyğun olaraq binaların fasadlarının və giriş hissələrinin qaydaya salınması, burada binaların girişlərinə seyf qapılarının qoyulması diqqət mərkəzində olmuşdur. Qarşıdan gələn 2020-ci ildə bu qəbildən olan işlər davam etgdiriləcək, mingəçevirlilərin istəyinə uyğun olaraq əməli işlər həyata keçiriləcəkdir. Məqsədimiz insanların məmnunluq hissini yüksəltmək, daim onların yanında olmaqla qaldırdıqları problemlərin yerindəcə həllinə nail olmaqdır. Bu yolda əməyi olan bütün insanlara öz dərin təşəkkürümü bildirir və əmin edirəm ki, qarşımıza qoyulan vəzifələrin öhtəsindən layiqincə gələcəyik. Hər bir mingəçevirliyə cansağlığı, xoşbəxtlik və firavan həyat arfzulayıram.
Sonra şəhər incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri və rəqslər ifa olundu. İştirakçılar tədbirin təşkili üçün təşkilatçılara minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.  

Keçidlər