Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

21 noyabr 2019 | 16:00

Noyabrın 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Şuranın iclasının gündəliyində 4 məsələnin müzakirə olunacağını bildirib. Sonra icra başçısı Mingəçevir şəhər prokuroru vəzifəsinə təyin olunan Elmar Heybət oğlu Camalovu və polis rəisi vəzifəsinə təyin olunan Hikmət Ağababa oğlu Qasımovu təqdim edərək onlara yeni fəaliyyətlərində uğurlar arzuladı.

   Şurada 1-ci məsələ - “Mingəçevir şəhərinin 2019-cu ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” və 2 - ci məsələ - “Şəhər təsərrüfatının, müəssisə, idarə və təşkilatların 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığı vəziyyəti" haqqında İcra Hakimiyyəti başçısının müavini, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova, 3-cü məsələ - “Mingəçevir Gənclər evi” Sosial Xidmət Müəssisəsində gənclərlə və gənclər təşkilatları ilə aparılan işlərin vəziyyəti haqqında müəssisəsinin direktoru Tural Kərimov və 4-cü məsələ - “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsində uçota alınmış çağırışçıların çağırış məntəqəsinə təhkim edilməsi, hərbi - həkim komissiyasından keçirilməsi və hərbi  hissələrə yola salınmasının vəziyyəti” haqqında aparatın Hüquq şöbəsinin hüquqşünası Cavid Məmmədov çıxış etdilər. Gündəlikdə olan hər bir məsələ üzrə müzakirələr aparıldı və müvafiq qərarlar qəbul olundu.

    Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları barədə fikirlərini bildirdi, müvafiq təşkilatların rəhbərlərinə qısa müddətdə qəbul olunan qərarlar üzrə tədbirlər görülməsini tapşırdı.

Keçidlər