Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

20 noyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 12 saylı tam orta məktəbin akt zalında keçirildi. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlərlə keçirilən səyyar görüşlərin mühüm əhəmiyyətindən danışdı. Qeyd olundu ki, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərinin imzaladığı sərəncamlar hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Pensiya və müavinətlərin artırılması, problemli kreditlərin həlli və digər sosial paketlər dövlət qayğısının bir hissəsidir. Həyata keçirilən layihələr çərçivəsində su, qaz və elektrik  xətlərinin yenilənməsi,  məhəllələrdə abadlıq –quruculuq işlərinin yeni vüsət alması sakinlərin arzu və istəklərinin reallaşmasıdır. Yeni iş yerlərinin açılması, xüsusilə şəhərdə Asan Xidmət Sosial Xidmət Mərkəzinin və Sənaye Parkının istifadəyə verilməsi sayəsində yüzlərlə insan iş ilə təmin olunmuşdur.

  Görüşdə çıxış edən sakinlər göstərilən dövlət qayğısını, şəhərdə həyata keçirilən işləri təqdir etdilər. Eyni zamanda sakinlər - yaşayış binalarında istilik sisteminin bərpa edilməsi, yaşıllıqların qorunması  üçün zəruru işlərin görülməsi,  yaşayış binalarının qarşısında oturacaqların quraşdırılması, binaların giriş hissələrinin təmir olunması, işıqlanma sisteminin quraşdırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi  və s. kimi məsələləri də qeyd etdilər.

   Şəhər rəhbəri İlham İsmayılov problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verdi. Və bildirdi ki, yaxın gələcəkdə görülən işlərin sahəsi genişlənəcək, yeni istirahət parkları salınacaq, məhəllələrdə əsaslı tikinti işləri davam edəcək, yaşıllıq zolaqları genişlənəcək və mingəçevirlilərin əsas problemləri olan istilik sisteminin yenidən bərpası və ağacların suvarılması üçün köhnə su xətlərinin yenidən quraşdırılması reallaşacaq.

Keçidlər